Maide.az

Ramazan ayının 20-ci gününün duası

İmsaq: 04.17 İftar: 21.37 (Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir) "Bismillahir-Rahmənir-Rahim. Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi: "İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".   İftar duası: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli   Duanın tərcüməsi: İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 20-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)