Maide.az

Ramazan ayının 10-cu gününün duası

İmsaq: 04.10 İftar: 21.38 (Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir)   Bismillahir-Rahmanir-Rahim. Allahumməc-əlni fihi minəl-mutəvəkkilinə ələyk. Vəc-əlni fihi minəl-faizinə lədəyk. Vəc-əlni fihi minəl-müqərrəbinə iləyk. Biihsanikə ya ğayətət-talibin.   Tərcüməsi: İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!   İftar duası: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli   Duanın tərcüməsi: İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 10-cu gün - 20 rukət (Hər rukətdə 1 Həmd, 30 ixlas)