Ramazan ayında beynəlxalq `Quran Saatı` kampaniyası
Malayziya Beynəlxalq İslam Universitetinin təşkilatçılığı ilə Ramazan ayında beynəlxalq “Quran saatı” kampaniyası təşkil olunacaq. Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, beynəlxalq “Quran saatı” kampaniyasına iyunun 7-də Hacı Əhməd Şah məscidində start veriləcək. Malayziya İxlas Vəqfini rəhbəri Hisaməddin Yaqub deyib ki, bu sosial kampaniyaya dünyanın hər bir yerindən qoşulacaqlar. “Ötən il bu kampaniyanın səhifəsinə 357 milyon nəfər qoşulub. Bu rəqəm 2016-cı ildə 87 milyon nəfər olub. Cari ildə isə “Quran saat” kampaniyasına ölkənin 10 böyük media qurumu dəstək verəcək və düşünürük ki, bu ilki kampaniyada iştirakçıların sayı daha da çox olacaq”. O qeyd edib ki, cari ildə 100 ölkədən 400 milyon nəfərin “Quran saatı” kampaniyasına qoşulacağını təxmin edirik.