Maide.az

Ramazan ayı öncəsi Məscidül-Əqsada təmizlik işləri görülüb

Qüds sakinləri və işğal edilmiş Fələstin torpaqlarındakı onlarla insan Ramazan ayı yaxınlaşıdığı üçün könüllü olaraq Məscidül-Əqsa və onun ətrafında olan iki tarixi qəbristanlıqda təmizlik işləri görüb.    Maide.Az xəbər verir ki, Məscidül-Əqsanın içərisində və həyətində təmizlik işləri ilə yanaşı, insanlar məscidin yaxınlığında olan "əl-Rahmə" və "əl-Yusifiyə" tarixi qəbristanlğında da otları təmizləyib.    Ramazan ayının yaxınlaşması münasibəti ilə "Qüds Vəqflər İdarəsi" Məscidi-Əqsanın həyətində günəşin istisindən qorunmaq üçün çətirlər quraşdırıb.   Həmçinin Ramazan ayında keçirilək cümə namazları və digər proqramlarla bağlı hazırlıq işləri görülür. /