Maide.az

RAMAZAN AYININ 25-ci GÜNÜNÜN DUASI - VİDEO

Bakıda sübh azanı saat 03:24-də,  axşam azanı isə saat 20:27-dədir. اَللّـهُمَّ اجْعَلْني فيهِ مُحِبَّاً لِأَوْلِيآئِكَ، وَمُعادِياً لِأَعْدآئِكَ، مُسْتَنّاً بِسُنَّةِ خاتَمِ اَنْبِيائِكَ، يا عاصِمَ قُلُوبِ النَّبِيّينَ Duanın oxunuşu: Əllahumməc`əlni fihi muhibbən liəvliyaik, və muadiyən liə`daik, mustənnən bisunnəti xatəmi ənbiyaik, ya asimə qulubin-nəbiyyin. Duanın tərcüməsi: İlahi, məni bu gün dostlarını sevən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərin şərəf və yolunu üstün tutub ona əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini qoruyan! İFTAR DUASI للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li. Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 25-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas)