Maide.az

RAMAZAN AYININ 2-Cİ GÜNÜNÜN DUASI - VİDEO

Bakıda sübh azanı saat 03:44-də, axşam azanı isə saat 20:08-dədir.   Ərəbcə:    اللَّهُمَّ قَرِّبْنِي فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِي فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ      Oxunuşu: Bismillahir-Rahmanir-Rahim. Əllahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.   Tərcüməsi: İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!   İftar duası:   Ərəbcə: للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي   Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli   Duanın tərcüməsi: İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm.     Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:   2-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr)