Maide.az

Ramana körpüsünün üzərində qəza; Hərəkət dayandı, sürət endirildi

Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Bununla əlaqədar olaraq qəza yerinə yaxın yolda bir hərəkət zolağı baglanib.   Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.   Məlumata görə, sürət 20 km/saat endirilib.   Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.   Qısa vaxtda qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib.