Radikal yəhudilər məscidə hücum etdi: İsrail bayrağı asdılar
Bir qrup radikal yəhudi hərbiçilərin müşayiəti ilə Fələstindəki İbrahim Əl-Xəlil məscidinin üstünə sionist rejiminin bayrağını asıb. Maide.Az “FİA”-a istinadən xəbər verir ki, bu barədə məscidin yerləşdiyi əl-Xəlil şəhərinin İslami Vəqflər İdarəsinin müdiri İsmayıl Əbu Halavə açıqlama verib. Onun sözlərinə görə, ifratçı yəhudilər fələstinlilərin "Böyük fəlakət – Nəkbə” (İsrailin qurulmasının ildönümü günü) adlandırdıqları gün münasibətilə məscidin eyvanına və divarına İsrail bayrağını asıblar. Qeyd edək ki, hər il işğalçı rejimin qurulması gününə etiraz olaraq fələstinlilər genişmiqyaslı aksiyalar təşkil edir. Rejim əsgərləri isə dinc aksiyaların qarşısını amansızlıqla almağa cəhd göstərir. İnsanlara qarşı gözyaşardıcı qazlardan və həqiqi güllələrdən istifadə edirlər. Nəticədə onlarla fələstinli həyatını itirir, yaralanır və əlil olur. Beynəlxalq ictimaiyyət isə bu zorakılığa ya göz yumur ya da bəyanat verməklə kifayətlənirlər.