Maide.az

Rabitə və informasiya xidmətlərinin təxminən 90 faizi Bakı şəhərinin payına düşür

Bu ilin birinci yarısında rabitə və informasiya müəssisələri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,5% çox olan 1 milyard 43,2 milyon manatlıq xidmət göstərib, deyə Azərbaycan Dövlət Statistika Komitəsindən Turan-a bildiriblər.   Rəsmi məlumatlara görə, əhaliyə və müəssisələrə göstərilən rabitə və informasiya xidmətlərinin təqribən 90%-i (936 milyon manat) Bakı şəhərinin payına düşür. Bakıda rabitə və informasiya xidmətlərindən istifadə il ərzində 3,5% artıb.   Rabitə və informasiya xidmətlərinin istehlakına görə ölkənin ikinci ən böyük bölgəsi Sumqayıt şəhəridir - 43 milyon manat (22,5%). Müqayisə üçün qeyd edirik ki, əhalisi və sənaye potensialına görə ölkənin ikinci böyük bölgəsi olan Gəncə şəhərində bu göstərici 3 milyon manatdan (+ 14,4%) bir qədər çox olub.