Maide.az

Rəbiül-əvvəl ayının 17-ci gününün əməlləri

Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü (noyabar ayının 3-ü) İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir.   Maide.Az xəbər verir ki, həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   1. Qüsl etmək;   2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir.   3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq);   5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.   6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.   Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü.   Maide.Az