Maide.az

Rəcəb ayı üçün əlamətdar islami günlər

Maide.Az Rəcəb ayı üçün əlamətdar islami günləri təqdim edir: 25 Fevral  – 1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövludu; 27 Fevral  – 3 Rəcəb – İmam Əliyyən-Nəqinin (ə) şəhadəti; 27 Fevral - 3 Rəcəb - “Ləylətur-rəğaib” (İstəklər gecəsi – Rəcəb ayının ilk cümə axşamından ilk cüməsinə keçən gecə); 5  Mart – 10 Rəcəb – İmam Muhəmməd Təqinin (ə) və imam Hüseynin  oğlu həzrət Əliəsğərin (ə) mövludu; 8  Mart – 13 Rəcəb – İmam Əmirəlmöminin Əlinin (ə) mövludu; 10 Mart –15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfatı və müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə çevrildiyi gün; 13  Mart – 18 Rəcəb – Peyğəmbəri-Əkrəmin (s) oğlu İbrahimin  vəfatı;  20 Mart  – 25 Rəcəb – İmam Kazimin (ə) şəhadəti;  20 Mart –  25 Rəcəb – Novruz bayramı 21 Mart –  26 Rəcəb – Novruz bayramı 21 Mart – 26 Rəcəb – İmam Əlinin (ə) atası həzrət Əbu Talibin vəfatı;  22 Mart  – 27 Rəcəb – İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün – “Məbəs” bayramı;  23 Mart  – 28 Rəcəb – İmam Hüseynin  (ə) (60-cı hicri-qəməri ilində) Mədinədən Məkkəyə doğru hərəkət etdiyi gün.