Maide.az

Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər

Maide.Az Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günləri təqdim edir:    9 noyabr – 1 Rəbiül-əvvəl - “Leylətul-məbit hadisəsi” - İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrəti.   11 noyabr – 3 Rəbiül-əvvəl - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması.   13 noyabr – 5 Rəbiül-əvvəl - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı.   16 noyabr – 8 Rəbiül-əvvəl - İmam Həsən Əskərinin (ə) şəhadəti.   17 noyabr – 9 Rəbiül-əvvəl - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü.   18 noyabr - 10 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə evliliyi.   20 noyabr – 12 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması.   23 noyabr - 15 Rəbiül-əvvəl - İslamın ilk məscidi olan Qoba məscidi tikilib.   25 noyabr – 17 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (şiə mənbələrinə əsasən).   25 noyabr – 17 Rəbiül-əvvəl - İmam Sadiqin (ə) mövludu.   26 noyabr – 18 Rəbiül-əvvəl - Mədinədə Məscidun-Nəbiyy tikilib.