Maide.az

Ürək, şəkər, ağciyər xərçəngi kimi xəstəliklərdən qorunmaq üçün E vitaminii qidalar qəbul etmək

E vitamini, antioksidant təsiri ilə hüceyrələri qoruyan və sərbəst radikallarla mübarizə aparan bir vitamin növüdür.   Bundan başqa, E vitamini və digər antioksidantlar ürək xəstəlikləri və xərçəng kimi həyati xəstəliklərin yaranmasına qarşı bədənin müqavimətini artırır.   E vitamini eyni zamanda qırmızı qan hüceyrəsi istehsalına köməkçi olur və orqanizmin K vitaminini effektiv olaraq istifadə etməsini təmin edir.   E vitamini çatışmazlığı adətən, ərzaq yolu ilə qəbul edilən yağın müxtəlif səbəblərlə orqanizm tərəfindən udulmaması zamanı insanlarda görülür. Əzələ zəifliyi, gözlərdə hərəkətlər, görmə və yerimə problemləri E vitamini çatışmazlığının əlamətləri arasındadır.   İndi isə, gəlin E vitamini ilə zəngin qidalarla tanış olaq:   Badam   Fındıq   Fıstıq   İspanaq   Gül kələmi   Kivi   Pomidor   Yaşıl zeytun   Kəklikotu   Quru ərik   Qırmızı istiot   Kətan toxumu yağı   Bu qidaları qəbul edərək, ürək, şəkər, ağciyər xərçəngi kimi xəstəliklərdən qoruna bilərsiniz.(deyerler.org)