Rəsmi Tehran Ermənistan və Azərbaycanı danışıqlara çağırıb
İran Ermənistan və Azərbaycanı razılaşmanın əldə edilməsi üçün danışıqlara çağırır. Maide.az-ın İRNA-ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxam çıxış edib. M. Əfxam qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin güc yolu ilə həlli yoxdur. Toqquşmalar zamanı itkilərin olmasından təəssüfləndiyini deyən diplomat tərəfləri təmkinli olmağa çağırıb.