Maide.az

Qız Qalasından özünü atan şəxsin kimliyi müəyyənləşib

Ötən gün özünü Qız Qalasından atan şəxsin kimliyi məlum olub.   Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində dekabrın 29-da özünü Qız Qalasından ataraq intihar edən şəxsin  Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Şiraslan Məhəhəmməd oğlu Rəsulov olduğu aşkarlanıb.   Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, dünən Qız Qalasından özünü atan şəxsin hadisə yeridndəcə dünyasını dəyişdiyi açıqlanmışdı.