Maide.az

Qızıl mədənində atışma

Sudanda Nil çayının sahillərində yerləşən Vadi əs-Senkır bölgəsində qızıl mədənində atışma olub.   Maide.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, rus şirkətinə məxsus mədənin fəaliyyətinə etiraz edən vətəndaşlarla mədən işçiləri arasında mübahisə düşüb.   Vətəndaşlara atəş açılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.   Sudan rəsmiləri atışmanın rus şirkətinə mədən qazma icazəsi verilməsinə görə çıxdığını açıqlayıblar. Belə ki, 150 nəfərlik qrup bu qərara etiraz edərək qazıntıların dayandırılmasını tələb ediblər.