Maide.az

Qızılcadan ölənlərin sayı artır

Filippində bu il ərzində qızılcadan ölənlərin sayı 355-ə çatıb.   Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında məlumat verilib.   Ümumilikdə, 25 min 676 nəfərdə qızılca aşkarlanıb. Onların əksəriyyəti isə 5 yaşından kiçik uşaqlardır.   Bütün uşaqların peyvənd olunması üçün ailələrə çağırış edilib.