Maide.az

Qız intihar etdi, polis Facebooku məhkəməyə verməyə hazırlaşır

Hindistanın Tamiland ştatının polisi "Facebook" sosial şəbəkəsini 21 yaşlı qızın intihar etməsinə görə, məhkəməyə verməyə hazırlaşır.   Maide.Az xarici KİV-lərə istinadən məlumat verir ki, 21 yaşlı qız fotomontaj olunmuş şəkillərini feysbukda görərək, intihar edib.   Baş vermiş hadisə Hindistan KİV-lərində geniş rezonansa səbəb olub.   Sonradan aydın olub ki, intihar etmiş qızın atası iyunun 23-ü polisə gələrək, qızının çılpaq şəkillərinin sosial şəbəkədən yığışdırılmasını tələb edib və bunun kim tərəfindən edilməsini bilmək istəyib.    Hüquq-mühafizə orqanları hadisəni aydınlaşdırmaq üçün Facebook rəhbərliyindən şəkillərin silinməsi və onların kim tərəfindən yerləşdirilməsini istəyib. Polislərin istəyini feysbuk 5 gündən sonra yerinə yetirib. Lakin bu zamana kimi qız artıq intihar etmişdi. /