Maide.az

Qusar rayonunda torpaq sürüşməsi qeydə alınıb

Qusar rayonunun Kuzun kəndində torpaq sürüsməsi baş verib. Sürüşməyə səbəb son günlər havaların rütubətli keçməsidir.   Nəticədə kəndə gedən yol sürüsüb.   Qusar 4 saylı Yol İstismar İdarəsinin əməkdaşları hazırda sürüşməyə məruz qalmış yolu açmağa çalışırlar.   Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə texnika göndərilib.   Sürüşmə ərazisi 200 metrdən çoxdur. ("Report")