Qusarda bir nəfər özünü yandıraraq intihar edib
Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ukur kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Şıxbabayev Çingiz Şıxrəhim oğlu üzərinə benzin tökərək özünü yandırıb. Onu xilas etmək mümkün olmayıb. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır./