Maide.az

Qurbanlıq heyvanların satışı və kəsim yerləri açıqlandı - ÜNVANLAR

İyulun 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.   Modern.az xəbər verir ki, həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.   Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.    Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.   Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və  ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla  bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək.   Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.    Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:   Rayon Ünvan Qeyd Bakı şəhəri, Binəqədi rayonu 8 mkr., Cəfərxəndan 52C   kəsim və satış Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9 kəsim və satış Bakı şəhəri, Xətai rayonu Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2 kəsim və satış Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21 kəsim və satış Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78 kəsim və satış Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28 kəsim və satış Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı) kəsim və satış Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC kəsim və satış Bakı şəhəri, Nərimanov rayonu "Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26 kəsim və satış Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi kəsim və satış "50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi kəsim və satış Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti 92, “ESE” MMC kəsim və satış Heydər Əliyev prospekti 92, “Bəsit” firması kəsim və satış M. Abbasov küçəsi, 2405-ci məhəllə kəsim və satış Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217 kəsim və satış Çobanzadə küçəsi 63 kəsim və satış Bakı şəhəri, Pirallahı rayonu Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi kəsim və satış Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa küçəsi kəsim və satış Zabrat qəsəbəsi, Babək küçəsis kəsim və satış Bakı şəhəri, Səbail rayonu Gülbala Əliyev küçəsi 20   kəsim və satış Gəncə şəhəri Müseyib Bağırov küçəsi yalnız kəsim Kəpəz rayonu, Sadıllı qəsəbəsi yalnız kəsim Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı yalnız kəsim Lənkəran şəhəri Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış Mingəçevir şəhəri Ərəş küçəsi kəsim və satış Təbriz küçəsi kəsim və satış Sumqayıt şəhəri Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A kəsim və satış Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC kəsim və satış Şəki şəhəri Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC yalnız kəsim Salman Mümtaz küçəsi yalnız satış Şirvan şəhəri Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış Yevlax rayonu Aşağı Bucaq kəndi kəsim və satış Salahlı kəndi kəsim və satış Yevlax rayon, Aran qəsəbəsi kəsim və satış Abşeron rayonu Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi yalnız kəsim Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC kəsim və satış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC kəsim və satış Abşeron rayonu, Məmmədli kəndi kəsim və satış Ağcabədi Rayonu Xocavənd kəndi yalnız kəsim Aşağı Avşar kəndi kəsim və satış Ağdaş rayonu Ağdaş rayonu, H. Əliyev pr. 169 yalnız kəsim Ağdaş rayonu, Heyvan bazarı yalnız satış Ağstafa rayonu Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış Balakən rayonu Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7 yalnız satış Beyləqan rayonu Şəfəq qəsəbəsi (Ziyarətgah) kəsim və satış Şəfəq qəsəbəsi (Ziyarətgah) kəsim və satış Bərdə rayonu Qaradağlı kəndi kəsim və satış Biləsuvar rayonu Biləsuvar şəhər H. Əliyev küçəsi yalnız satış Cəlilabad rayonu Cəlilabad şəhəri, Qurtuluş pr-76 yalnız satış Füzuli rayonu Bala Bəhmənli kəndi yalnız satış Gədəbəy rayonu Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi yalnız kəsim Yenikənd kəndi yalnız satış Goranboy rayonu Goranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi, Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış Göyçay rayonu Göyçay rayonu, Cəyirli kəndi yalnız kəsim Qarabaqqal kəndi, heyvan bazarı yalnız satış Göygöl rayonu Göygöl şəhəri, A. Şadlinski küçəsi 1 yalnız kəsim Qızılqaya qəsəbəsi yalnız kəsim Qızılca bələdiyyəsi ərazisi kəsim və satış Xaçmaz rayonu Qaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMC kəsim və satış İsmayıllı rayonu İsmayıllı şəhəri H. Əliyev pr. 7, "Yaşıl market" ticarət kompleksi kəsim və satış Qax rayonu Qax şəhəri, İ. Dağıstanlı küçəsi 1 yalnız satış Qazax rayonu Qazax şəhəri, Nəriman Nərimanov küç. 72A yalnız kəsim Qazax şəhəri, Nəriman Nərimanov küçəsi yalnız satış Qəbələ rayonu Qəbələ şəhəri, H. Əliyev pr. 9 yalnız satış Qobustan rayonu Qobustan şəhəri, E. Vəliyev küçəsi kəsim və satış Quba rayonu Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi kəsim və satış Qusar rayonu Qusar şəhəri, Çingiz Qurbanov 10A kəsim və satış Masallı rayonu Masallı şəhəri, H. Aslanov küçəsi yalnız satış Masallı şəhəri, H. Aslanov küçəsi yalnız satış Neftçala rayonu Neftçala şəhəri, M. Əsədov küçəsi yalnız satış Saatlı rayonu Saatlı rayonu, Sarıcalar kəndi kəsim və satış Salyan rayonu Ələt-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-i yalnız kəsim Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralı yalnız satış Samux rayonu Tatlı kəndi kəsim və satış Siyəzən rayonu Siyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsi kəsim və satış Şabran rayonu Şabran şəhəri, M. Müşviq küçəsi 7 kəsim və satış Şamaxı rayonu Şəhriyar qəsəbəsi, "Şirvan" ticarət kompleksi kəsim və satış Şəmkir rayonu Həbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış Tərtər rayonu Tərtər şəhəri, Cavanşir küçəsi 84 yalnız kəsim Tərtər şəhəri, F. Qulami küçəsi yalnız satış Tovuz rayonu Tovuz şəhəri, Musa Musayev küçəsi yalnız kəsim Qovlar şəhəri, Vağzal küçəsi yalnız kəsim Tovuz rayonu, Ceyrançöl ərazisi, "Tovuz Agro" MMC yalnız kəsim Aşağıquşçu kəndi, heyvan bazarı yalnız satış Zaqatala rayonu Aşağı Tala kəndi yalnız kəsim Muxax kəndi kəsim və satış Əliabad qəsəbəsi kəsim və satış Zərdab rayonu Zərdab şəhəri, Füzuli küçəsi 17 kəsim və satış