Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq
İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar qəbul olunub. Maide.az "Modern.Az"a istinadla xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir. Xatırladaq ki. Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci ilin 20, 21-i iyul tarixləri Qurban bayramı ilə əlaqədar tətil günləri müəyyən olunub. Beləliklə, iyulun 18-i bazar, 19-u istirahət günü, 20 və 21-i Qurban bayramı münasibətilə dörd gün dalbadal qeyri-iş günü olacaq.