Maide.az

Qurban Bayramı ərəfəsində Özbəkistanda yeni məscidin açılışı olub

Özbəkistanda oktyabr ayının 1-i Qurban Bayramı ərəfəsində "Minor" adlı yeni böyük bir məscidin açılışı oldu. Maide.az-ın məlumatına görə, məscidin açılış mərasimində Özbəkistan prezidenti İslam Kərimov iştirak edib. Yeni məscid  Anhor kanalının sahilində yerləşir. Məscid 2 400-dən artıq insan üçün nəzərdə tutulub.  Qeyd edək ki, yeni tikilən "Minor" məscidi Özbəkistan paytaxtının ən böyük müsəlman dini mərkəzlərindən biri olacaq. //