Maide.az

Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı

Dünyanın 34 ölkəsindən 36 nəfərin iştirakı ilə keçirilən İordaniya 27-ci beynəlxalq Qurani-Kərim yarışları başa çatıb.   Maide.Az İQNA-a istinadən xəbər verir ki, iyun ayının 20-də keçirilən "27-ci "Haşimi" beynəlxalq Quran hifzi və qiraəti yarışlarının yekun və qaliblərin mükafatlandırılması mərasimi  keçirilib. Mərasimdə dövlət rəsmiləri, milli məclisin rəisi, alimlər, xarici ölkələrin səfirləri və diplomatları və digər tanınmış şəxsiyyətlər iştirak ediblər. Banqladeş, Qətər, Bəhreyn, Misr və Səudiyyə Ərəbistanından olan iştirakçılar yarışların ilk beş yerini bölüşüblər.