Maide.az

Quranın İngilis dilində nadir nüsxəsi hərraca çıxarıldı

Qurani-Kərimin İngilis dilinə tərcümə edilmiş qədim və nadir nüsxəsi internet üzərindən "online" hərraca çıxarılıb.    Maide.Az "İQNA"a istinadən xəbər verir ki, "JellyFish Tree" hərrac saytının məlumatına görə,  Qurani-Kərimin İngilis dilinə ilk tərcümələrindən biri olan bu qədim və nadir nüsxə 1649-cu ildə Qurani-Kərimin Fransız dilinə André du Raire tərəfindən tərcümə edilmiş nüsxəsi üzərindən İngilis dilinə tərcümə edilib.   Cənubi Afrikaya mənsub bu saytın Twitter səhifəsində yazılıb ki, Qurani-Kərimin belə bir tərcümə nüsxəsinin bir də əldə edilməsi ehtimalı çox azdır. Ümidvarıq ki, bu tərcümə Qurana sevgi və marağı olan bir kəsin əlinə çatacaqdır.     Miladın 17-ci əsrinə aid olan bu Quran nüsxəsinin hərracdakı ilkin qiyməti 800 dollar təyin edilib.