Maide.az

Quranın nadir əlyazması tapılıb

Dağıstanlı alimlər şərq əlyazmalarının arxivinin rəqəmləşdirilməsi zamanı Gürcüstan dilinə tərcümə edilən ən qədim İncili və İran şahına məxsus 7 cild Quran aşkar edib.   Maide.Az "faktxəbər"-ə istinadla xəbər verir ki, bu barədə "Vestnik Kavkaza" portalı yazıb.    İncilin tərcüməsi VII-ci əsrə məxsus olduğu bildirilir.   Həmçinin məlumatda qeyd edili ki, alimlər XI-XII-ci əsrlərdə Dərbənd tarixi haqqında yazılan nadir əlyazmalar tapıb.   Dünyanın heç bir kolleksiyasında olmayan bu əlyazmalar möcüzəvi şəkildə qorunub saxlanılıb.