`Quranla üns` məclisi keçirilib - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün İmamət və Vilayət səmasının 2-ci parlaq ulduzu Həzrət İmam Həsən ibn Əlinin (ə) mübarək doğum günü münasibəti ilə Azərbaycanlı Quran qarilərinin iştirakı ilə "Quranla üns" məclisi təşkil olunub. Maide.Az xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Quranla üns" məclisində ölkəmizin müxtəlif bölgələrindən, o cümlədən Lənkəran, Gəncə və Bakıdan 300-dən çox Quran qarisi iştirak edib. Mərasim çərçivəsində Quran-Kərimin əlyazma, xəttatlıq nüsxələri və rəsm əsərləri də sərgilənib. Maide.Az "Quranla üns" məclisindən fotoları təqdim edir: