Maide.az

Qurani-Kərimdə xoşbəxtlər

  Maide.Az Qurani-Kərimdə xoşbəxtlərin xüsusiyyətlərini təqdim edir:    1. Təqvalılar   İslam maarifində vacibləri yerinə yetirmək və günahlardan çəkinmək təqva, vacibləri yerinə yetirən və günahlardan çəkinən şəxs isə təqvalı adlanır.    “Qohum-əqrəbaya, yetimlərə və yoxsullara yardım edirlər.” (“Bəqərə”/177.)   “Qıtlıq zamanı (Allah yolunda) infaq (yardım) edirlər.” (“Ali-İmran”/134.)   “İnsanların müqabilində qəzəblərini udurlar.” (“Ali-İmran”/134.)   “Qiyamətdən qorxur və əməllərinə qarşı diqqətlidirlər.” (“Ənbiya”/49.)   “Öyüd və nəsihət qəbul edirlər.” (“Bəqərə/66.)   “Öz sözlərinə əməl edir, əhd-peymanlarına sadiqdirlər.” (“Tövbə”/7.)   “Dünyada fitnə-fəsad törətmirlər.” (“Qəsəs”/83.)   “Ölümdən qabaq öz əmlakı üçün vəsiyyət edirlər.” (“Bəqərə”/180.)   “Tövbə edirlər və (tövbədən sonra) etdikləri pis işə bir daha qayıtmırlar.” (“Ali- İmran”/135.)   “Namz qılır və Allah yolunda infaq (yardım) edirlər.” (“Bəqərə”/3.)