Maide.az

Qurani-Kərimdə münafiqlərin xüsusiyyətləri-2

Ərəb ədəbiyyatında “nifaq” sözü “gizlətmək”, “küfr etmək” və “zahirdə imanlı olmaq” mənasını bildirir. Qurani-Kərimdə də zahirdə İslamı qəbul edib batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılır. (Əqidədə yaranan) bu nifaq əməldə aşağıdakı xüsusiyyətlərə malikdir: Münafiqlərin siyasi xüsusiyyətləri 1. Dinə etinasız şəxslərlə dostluq etmək;[1] 2. Vilayət məqamından üz çevirmək;[2] a) Dini hakimiyyəti qəbul etməmək;[3] b) Vilayət göstərişlərinə əks çıxmaq;[4] 3. Fürsətdən istifadə etmək;[5] 4. Möminləri təhqir etmək;[6] 5. Fitnə-fəsad törətmək;[7] 6. Psixoloji ixtilaf yaratmaq;[8] 7. Günahları yozmaq.[9] Münafiqlərin psixoloji xüsusiyyətləri 1. Özlərini böyük şəxsiyyət hesab etmək;[10] 2. Qorxu içində olmaq;[11] 3. İztirab və həyəcan keçirmək;[12] 4. İnadkarlıq;[13] 5. Mənəvi süstlük;[14] 6. Nəfsin istəklərinə uymaq.[15] Münafiqlərin əxlaqi xüsusiyyətləri 1. Özlərini öymək: a) Yalan danışmaq və riya;[16] b) Yalandan and içmək;[17] v) Səhvləri yozmaq;[18] q) Zahiri xüsusiyyət və görünüşə diqqət;[19] d) Yalan vədələr vermək;[20] 2. Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.[21] Qeyd etməliyik ki, əxlaqda ikiüzlülük dini hökmlərdə iltizamlı olmamaqdır. Bu həm insanda, həm də cəmiyyətdə öz təsirini göstərir.[22] İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: “İnsanın ən aşkar nifaq və ikiüzlülüyü başqasını itaətə əmr edib günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi və günahdan çəkinməməsidir.”[23] Həzrət Peyğəmbər (s) də buyurmuşdur: “Dörd xüsusiyyətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq və (başqalarına) qələbə çaldığı zaman günah işlərə əl atmaq.”[24] Münafiqlərin ictimai xüsusiyyətləri 1. Özlərini imanlı göstərmək və islahat şüarları;[25] 2. İnsanları yaxşı işlərdən yayındırıb çirkin işlərə dəvət etmək;[26] 3. Paxıllıq;[27] 4. Möminlərdə eyib axtarıb onlara lağ etmək;[28] 5. Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək;[29] 6. Kin-küdurət.[30] Maide.az – Maarif bölümü   [1]. “Mücadilə” surəsi, ayə 14. [2]. “Nur” surəsi, ayə 47-48. [3]. “Nisa” surəsi, ayə 60-61; “Münafiqun” surəsi, ayə 7. [4]. “Nur” surəsi, ayə 62-63. [5]. “Nisa” surəsi, ayə 141; “Əhzab” surəsi, ayə 19-20. [6]. “Hud” surəsi, ayə 27; “Şüəra” surəsi, ayə 111; “Tövbə” surəsi, ayə 79. [7]. “Tövbə” surəsi, ayə 47-48. [8]. “Əhzab” surəsi, ayə 13. [9]. “Nisa” surəsi, ayə 62-63. [10]. “Münafiqun” surəsi, ayə 5; “Bəqərə” surəsi, ayə 206. [11]. “Əhzab” surəsi, ayə 8-35. [12]. “Tövbə” surəsi, ayə 56 və 64. [13]. “Bəqərə” surəsi, ayə 18; “Əraf” surəsi, ayə 179. [14]. “Nisa” surəsi, ayə 108 və 142; “Tövbə” surəsi, ayə 54. [15]. “Mühəmməd” surəsi, ayə 16. [16]. “Münafiqun” surəsi, ayə 1; “Bəqərə” surəsi, ayə 11-12. [17]. “Münafiqun” surəsi, ayə 2; “Tövbə” surəsi, ayə 56. [18]. “Tövbə” surəsi, ayə 42. [19]. “Münafiqun” surəsi, ayə 2; “Bəqərə” surəsi, ayə 204. [20]. “Tövbə” surəsi, ayə 75-77. [21]. “Əhzab” surəsi, ayə 12; “Ali-İmran” surəsi, ayə 154. [22]. “Biharul-ənvar”, 72-ci cild, səh.108. [23]. “Qürərül-hikəm”, hədis 3214. [24]. “Xisal”, Şeyx Səduq, səh.254. Nifaq və onun xüsusiyyətləri barəsində bax: “Mənşuri-cavid”, Cəfər Sübhani, 4-cü cild, səh. 9-178; “Əl-mizan”, 2-ci cild, səh. 96-97, 9-cu cild, səh.325, 5-ci cild, səh.116-118, 19-cu cild, səh.278. [25]. “Nur” surəsi, ayə 47. [26]. “Tövbə” surəsi, ayə 67. [27]. “Tövbə” surəsi, ayə 67; “Əhzab” surəsi, ayə 19; “Münafiqun” surəsi, ayə 7. [28]. “Bəqərə” surəsi, ayə 14; “Tövbə” surəsi, ayə 79. [29]. “Ali-İmran” surəsi, ayə 120; “Nisa” surəsi, ayə 72; “Tövbə” surəsi, ayə 50. [30]. “Ali-İmran” surəsi, ayə 118; “Tövhid və ilahi ədalət” əsərindən, Mərhum Doktor Məhəmmədrza Kaşifi, 6-cı sual, “Qurani-Kərimdə münafiqlər və möminlər” bölümü.