Maide.az

Quran dinlə - İbadətdə heç kəsi öz Rəbbinə şərik qoşma

107. Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır. 108. Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə) dəyişilmək istəməzlər. 109. De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz, o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar». 110. De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz, sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın».