Maide.az

Quran dastanları ən yaxşı xəzinədir

Britaniyanın Birmenqam şəhərinin "Grenn Lane məscidi"ndə "Quran dastanları ən yaxşı xəzinə" adlı silsilə toplantılar keçirilir. Maide.az-ın  "Green Lane Masjid" informasiya bürosuna istinadən verdiyi xəbərə görə,bu toplantılar dörd həftə davam edəcək. Məlumata əsasən, dörd həftə ərzində Quran-Kərimin dörd dastanı təfsir ediləcək və bu dastandakı hikmətlər, ibrətlər və gizli xəzinələr aşkar olunacaqdır. Keçən həftədən başlayan toplantılarda  "Əshabul-cənnət", "Cadugərlərin mühakiməsi; Harut və Marut", "Sabit qədəm olmaq; oğul və padşah" və "Əshabul-fil" (fil sahibləri) təfsir olunacaq. İngiltərənin Birmenqam şəhərində yerləşən "Green Lane Masjid" kompleksi Britaniyanın mühüm məscidlərindən biri sayılır ki, 1970-ci ildə təsis edilib. Bu məsciddə Quran təlimi dərsləri, İslam elmləri və dini məsələlər vətəndaşlara öyrədilir. Həmçinin məsciddə  qeyri-müsəlmanlar üçün xüsusi telefon xətti nəzərdə tutulub ki, onların İslam barədə sorğularına cavab verilir. /