Maide.az

Quran ayələri və Xaç simvolunu birləşdirən məscidin sirri-FOTO

Misirdəki  “Ər-Rifai” məscidi  ilk baxışdan hər kəsin diqqətini özünə cəlb edir, ona görə ki,  məscidin üzərində  həm Quran ayələri  və həmdə xaç simvollarını  görmək olar.   Maide.az xəbər verir ki, Misirin Qahirə şəhərinin Əl-Xəlifə bölgəsində yerləşən  bu məscidin üzərindəki Quran ayələri ilə xaç simvolunun birləşməsi  ilə bağlı müxtəlif  söyləntilər var. Bəziləri deyir ki, məscidin memarı  Avstriyalı olduğu üçün bilərəkdən xaç simvolları və Quran ayələrini məscidin tikintisində istifadə edib. Məscid 1869-1912-ci illər ərzində tikilib. Dünyanın ən gözəl məscidlərindən biri hesab olunur. Digərləri isə hesab edir ki, məscidin tikildiyi dövrdə dini tolerantlığın olmasının göstəricisidir.