Maide.az

Quran ayələri ilə şeir yazan rus şairi

Keçən əsrin ən görkəmli şairlərindən olan İvan Buninin yaradıcılığında İslam mövzusu əhəmiyyətli yerlərdən birini tutub. 1903-cü ilə aid "Kövsər" adlı şeiridir. Şerinin epiloqunda şair Qurandan ayə gətirərək : "Biz sənə Kövsəri göndərdik" -yazıb. Bütov bir gözəllik öz əksini aşağıdakı dördlükdə tapıb:   Orada axır, dumanlar arasında süzülür, Çayların çayı, o billur rəngli Kövsər. Bütün toprağa, nəsillərə, ölkələrə o deyir: Səbr et, dua et və inan!   Növbəti şeri də 1903-cü ilə aiddir və "Əl-qədr gecəsi" adlanır. Yenə həmin şeirin epiloqunda Qurandan ayə gətirib: "Bu gecə mələklər səmadan enər." Əl-Qədr gecəsi dağların sıldırmı ilə, Hələ enir dalğalanır buludlar. O nəhəng Taxtın qarşısında oxuyur o müəzzin Axır tökülür o almaz kimi çaylar.     Bir başqa şeiri yenə İslam mövzusundadır. 1905-ci ilə aid bu şeir "Sirr" adlanır. Elə şeirin öz adı özü haqqında məlumat verir. Sanki bu şeirlə şair öz sirrini açıqlayır. Allahın və Peyğəmbərin adı ilə: Söylə nədir sənin sirrin? Cavabında O söylədi:Sirrim mənim qorxuncdur O sirlərin sirridir: Əlif, Lam, Mim.   Bütün bunlardan əlavə onun "Kəbənin qara daşı" "Allahın şeytanları" "Quş" "Qiyamət günü" və sairə İslam mövzulu şeirləri var. islaminsesi /