Maide.az

Quran Afrika xalqlarının dillərinə tərcümə ediləcək

Quran Afrika xalqlarının dillərinə tərcümə ediləcək   Maide.Az "islam-today"-a istinadən xəbər verir ki,  Türkiyənin Diyanət İşlər Başqanlığının təşəbbüsü ilə müqəddəs Qurani-Kərim Afrika xalqları dillərinə tərcümə ediləcək .   "Hər dildə Quran" layihəsi çərçivəsində gələn il müqəddəs kitabın bolqar və özbək dilləri ilə yanaşı iki Afrika xalqının - Shona və Chewa dillərinə tərcümə ediləcək.    Qeyd edək ki, layihə çərçivəsində Qurani-Kərimin bütün dünya dillərinə tərcümə edilərək çap edilməsi planlaşdırılır.