Maide.az

Qubernator: 'Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır'

Beyrut limanına dəyən ziyanın məbləği açıqlanıb.   APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud bildirib.   Onun sözlərinə görə, partlayışdan sonra Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır.   Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.