Quba və Şabrana dolu düşdü
Mayın 13-də Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrində dolu yağıb. Bu barədə Quba regional hidrometeorologiya müəssisəsindən məlumat verilib. Quba rayonunun Xaltan və Təngəaltı kəndlərinə 5 mm, Şabran rayonuna isə 3 mm ölçüsündə dolu düşüb. Yağıntı 5 dəqiqə davam edib. Şimal bölgəsindən keçən çaylarda suyun səviyyəsi 1-2 sm artıb. Qeyri-sabit hava şəraitinin mayın 15-nə kimi davam edəcəyi proqnozlaşdırılır.