Qubanın keçmiş prokuroru həbs olundu
Barəsində axtarış elan edilən Qubanın keçmiş prokuroru Pənah Pənahov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Qusar RPŞ-dən Qafqazinfo-ya məlumatı təsdiqləyiblər. Qusar Rayon Polis Şöbəsinin bu ilin yanvar ayında axtarışa verdiyi sabiq prokuror Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Qusar rayon Məhkəməsinin qərarı ilə P.Pənahov barəsində həbs-qətimkan tədbiri seçilib. /