Maide.az

Qubad İbadoğlu koronavirusla bağlı ‘böyük amnistiya’ təklifi etdi

İqtisadçı-alim Qubad İbadoğlu növbəti maraqlı təkliflə çıxış edib.   ABŞ -ın Rutgers universitetinin professoru özünün Facebookdakı səhifəsində yazıb ki, koronavirus epidemiyası səbəbi ilə böyük siyasi amnistiya verilsin.   Musavat.com həmin statusu təqdim edir: "Təklif edirəm ki, koronavirusun qapalı tipli institutlarda risk dərəcəsinin yüksəkliyini nəzərə alaraq, siyasi məhbusların hamısına şamil olunmaqla yaxın günlərdə böyük amnistiya elan edilsin. Bununla yanaşı, həbsxanalar və kazarmalar dezinfeksiya olunsun".