Maide.az

Qubada zəlzələ olub

Bu gecə Qubada zəlzələ baş verib.   Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 02.52-də Qubadan 24 km cənub-şərqdə qeydə alınıb.   Zəlzələnin maqnitudası 3.6, dərinliyi 44 km olub.   Zəlzələ hiss olunmayıb.