Maide.az

Qubada `Birja` ticarət mərkəzində yanğın başlayıb - VİDEO

Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.   Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.    Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.   Yanğın zamanı 4-dən artıq mağaza yanıb.   Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.   Yanğının başvermə səbəbləri araşdırılır.(report)