Maide.az

Qubada ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.   Maide.Az bildirir ki, "Report"un yerliu bürosu xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.    Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.   Ölənlər:   Xaçmaz rayon sakinləri -   Coşqun Kamil oğlu Qasımov,   Zakir Eldəniz oğlu Abasov,   Nahid Teymur oğlu Məmmədov.