Maide.az

Quba-Xınalıq yolunda qaya parçası düşüb, yol bağlanıb

Quba-Xınalıq yoluna qaya parçası düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.   Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 5 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır. /