Quba-Xınalıq yolunda qar uçqunu olub, 8 kəndlə əlaqə kəsilib
Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib. Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. “Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.