Maide.az

Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.   Maide.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 35-ci km-də qeydə alınıb.   Quba 6 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, qarın təmizlənməsi üçün əraziyə idarənin texnikası və canlı qüvvəsi cəlb olunub.   Yolun açılması istiqamətində işlər davam etdirilir.