Maide.az

Qırğızıstanın dağlıq rayonlarına güclü qar yağıb

Dünən axşam saatlarından başlayaraq Qırğızıstanın Çuy, İssık-Kul, Talas və Narın vilayətlərinin dağlıq rayonlarına güclü qar yağıb, bu ərazilərdə temperatur aşağı enib.   Bişkek-Oş magistral yolunda maşınların hərəkəti məhdudlaşdırılıb. Yollarda tıxaclar yaranıb. Bir sıra rayonlarda elektrik xətlərində problemlər yaranıb.   Talas-Taraz-Suusamır avtomobil yolunda hərəkətin dayandığı bildirilir. Bir sıra dağlıq rayonlarda isə minik maşınlarının hərəkətinə tam məhdudiyyət qoyulub.(azərtac)