Maide.az

Qırğızıstanda 2017-ci ildə 6 dini mədrəsə bağlanıb

Qırğızıstanda  2017-ci ildə  6 mədrəsə bağlanıb, 23 mədrəsəyə isə  mövcud qayda pozuntularının düzəldilməsi barədə xəbərdarlıq edilib.   Maide.Az “Dünya Bülleteni”-ə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Müsəlmanları Dini İdarəsinin yayımladığı hesabatada deyilir. Hesabata görə, mədrəsələrin bağlanmasının səbəbləri onların təhsil və texniki avadanlıqlarının qeyri-kafi olmasıdır.   Məlumatda o da bildirilir ki, bundan sonra hər il dini qurumlarda bu növ yoxlamalar aparılacaq.   Qeyd edək ki, Qırğızıstanda 112 mədrəsə var ki, onlardan 92-i fəaliyyət göstərir.