Maide.az

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib.   APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib.   VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar. Elektrik enerji kəsildiyindən onlar generatordan istifadə etmək qərarına gəliblər, nəticədə idman zalına dəm qazı dolub.   Qırğızıstan Səhiyyə Nazirliyindən bildiriblər ki, 6 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilir. Onlar hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.   Bildirilir ki, xəstəxanaya gətirilən 75 nəfərdən dördü müəllimdir.