Maide.az

Qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub

Bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub. Maide.az-ın xəbərinə görə, hazırda Azərbaycan tərəfi atəşkəs rejiminə tam riayət edir. ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə saat 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.