Maide.az

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də qoşunların təmas xəttində monitorinq keçirilib.   Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinq Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında baş tutub.   Monitorinq zamanı hər hansı bir insident qeydə alınmayıb.   Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər.   Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov izləyiblər.