Qonşu ölkələrdə dabağ xəstəliyi geniş yayılıb, bəs Azərbaycanda ? – Rəsmi açıqlama
"Azərbaycanda dabağ xəstəliyi ilə bağlı heç bir təhlükə yoxdur və hər şey nəzarət altındadır" Bu sözləri Maide.Az-a Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətin rəisi Azər Süleymanov deyib. A.Süleymanov Azərbaycanda da bu xəstəliklə güclü mübarizə apardıqlarını vurğuladı: “Biz qonşu ölkələrlə bahəm, ölkə daxilində də xəstəliklərə qarşı mütamadi yoxlamalar aparırıq. Ölkə ərazisində isə dabağ xəstəliyi mövcud deyil. Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, İran İslam Respublikasında dabağ xəstəliyi getdikcə geniş formada yayılıb. Rəsmi məlumatlara əsasən, 400 başdan çox mal- qara tələf olub. Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində bir neçə bölgədə karantin qoyulub. A.Süleymanov İranda geniş yayılan bu xəstəliyə də münasibət bildirib və deyib ki, artıq neçə ildir ki, biz İran İslam Respublikasından gətirilən mal-qaraya qadağa qoymuşuq. “Sərhədlərdə ciddi nəzarət mövcuddur. Tərəfimizdən ayrılan həkimlərə xüsusi tapşırıq verilib. Bu barədə heç bir narahatçılıq ola bilməz".